AZ

"Kocaelispor" Polşalı müdafiəçini icarəyə götürüb

"Kocaelispor" İtaliya A Seriyasında çıxış edən "Kalyari"dən polşalı müdafiəçi Mateuş Vietskanı 1 illik icarəyə götürüb.

Mia.az Türkiyə mətbuatina istinadla xəbər verir ki, ötən mövsüm İtaliya A seriyasında "Kalyari"də çıxış edən 28 yaşlı təcrübəli futbolçu liqanın ikinci yarısında PAOK-da icarə əsasında çıxış edib.

"Futbolçu Mateuş Vietskanın klubumuza müvəqqəti transferi ilə bağlı İtaliya Futbol Federasiyasında qeydiyyatdan keçmiş "Kalyari Kalsio" ilə 2025-2026-cı il futbol mövsümünün sonuna qədər klubumuzda alış opsionu ilə razılıq əldə olunub və futbolçu ilə 2025-2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb."

Fərid

MİA.AZ

Seçilən
3
mia.az

1Mənbələr