AZ

Zelenski dünyanı Putini devirməyə çağırdı

BAKI, 31 iyul. TELEQRAF

“Dünya Rusiyada rejim dəyişikliyinə can atmalıdır, əks halda Putin qonşu ölkələrdə vəziyyətin sabitliyini pozmağa davam edəcək”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna lideri Rusiyanı müharibəni dayandırmağa məcbur etmək ehtimalına inanır:

“O (Rusiya prezidenti Vladimir Putin - red.), başladı və onu bitirməyə məcbur edilə bilər, amma dünya Rusiyada rejim dəyişikliyinə can atmasa, bu, müharibə bitdikdən sonra da Moskvanın hələ də qonşu ölkələrdə sabitliyi pozmağa çalışacağı anlamına gələcək”.

Zelenski qeyd edib ki, Rusiya aktivlərini müsadirə etməyin və onlardan sülhə xidmət etmək üçün istifadə etməyin vaxtı çatıb:

“Rusiyanın hərbi maşınının qarşısını tamamilə almalıyıq. Rusiya təcavüzündən qorunmaq üçün bütün dondurulmuş Rusiya aktivlərindən, o cümlədən korrupsiya yolu ilə oğurlanmış sərvətlərdən istifadə edin”.

Seçilən
30
teleqraf.com

1Mənbələr