AZ

DİQQƏT:Abituriyentlərin müraciətlərinə baxılacaq

28, 29, 30 və 31 iyul 2025-ci il tarixlərində 40-cı qabiliyyət imtahanı komissiyası üzrə rəsm fənnindən keçirilmiş qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya komissiyası təşkil ediləcək. 

“Cebheinfo.az” xəbər verir ki, Apellyasiya komissiyası 1 avqust  2025-ci il tarixində saat 09:00-dan 12:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərəcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar.

Seçilən
4
cebheinfo.az

1Mənbələr