AzVision.az xəbər verir ki, Mayyalılar 1586-cı ildə paytaxt Lakan-Tunun süqutundan sonra ispan işğalçılarından əlindən qaçaraq, burada gizləniblər.
“Ağ Yaquar ölkəsi” kimi tərcümə olunan Sak-Balan sadəcə bir sığınacaq deyildi. Bu, müqavimətin qalası idi. 1695-ci ildə şəhəri aşkarladıqdan sonra ispanlar onu “Nuestra-Señora-de-Dolores (Kədərli İlahi ana)” adlandırdılar. 1721-ci ilə isə bu məskən xəritələrdən silindi.
Əsrlər boyu saxlanılan sirr
Sak-Balanın yeri sənədləşdirilmiş istinadlara baxmayaraq, uzun müddət sirr olaraq qalır. Yalnız indi, yüz illər sonra, Milli Antropologiya və Tarix İnstitutundan (INAH) arxeoloq Xosue Losada Toledonun rəhbərlik etdiyi qrup bu sirri açmağa yaxınlaşıb.
Alim ispan rahibi Dieqo de Rivasın qədim yazılarından, geoinformasiya sistemləri (GIS) texnologiyasından, piyada və kanoe ilə qət olunabilən məsafələrin hesablamalarından istifadə edib.
“Bütün bu dəyişkən elementləri birləşdirərək, mən Sak-Balan qazıntı sahəsinin yerləşə biləcəyi təxmini diapazonu müəyyən edə bildim”,- Xosue Losada Toledo deyib.
Onun komandası Hatate və İşkan çayları arasında ehtimal olunan qalanın arxeoloji izlərini taparaq, burada artıq iki mövsüm ərzində qazıntılar aparılıb.
Cəngəlliklərdən keçən ekspedisiya
Losada Toledo öz missiyasını “həyatımın ən çətin ekskursiyası” kimi təsvir edir. Ancaq göstərilən səylər buna dəyərdi - arxeoloqlar son Mayya müqavimətinin əsl tarixinə toxunmaq şansı qazanıblar.
Hazırda tədqiqatlar davam edir. Alimlər hələşəhərin planını öyrənməli, onun mövcudluğunun dəqiq vaxt çərçivəsini müəyyənləşdirməli və bir əsrdən çox müstəmləkə nəzarətindən yayındıqdan sonra icmanın necə yaşadığını daha yaxşı anlamaldırılar.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta