AZ

AFFA “Karvan” və “İmişli”yə 1 illik möhlət verdi

AFFA Birinci Liqadan Premyer Liqaya yüksəlmiş 3 klubdan ikisinə – “Karvan-Yevlax” və “İmişli”yə bir mövsümlük möhlət verib.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

AFFA İcraiyyə Komitəsinin 14 mart 2025-ci il tarixli iclasında 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilməsi ilə bağlı qərar qəbul edilmişdi.

Bu qərara əsasən son 3 mövsümdə Premyer Liqada çıxış etməmiş və son mövsümün nəticələrinə əsasən Birinci Liqadan Premyer Liqaya yüksəlmiş klublara (“Karvan-Yevlax” FK, “İmişli” FK) bir mövsümlük aşağıdakı möhlətlər tətbiq edilir:

  1. Klubların nəzdində çalışan məşqçilər üçün Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş Məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilir (UEFA C kateqoriyadan aşağı olmamaq şərti ilə);
  2. U-16, U-17, U-19 və əvəzedici komandaları liqalarda iştirak etməyə bilər.

Qeyd edək ki, Birinci Liqadan Azərbaycan Premyer Liqasına vəsiqə qazanmış üçüncü komanda “Qəbələ”dir. Lakin bu klubla bağlı eyni güzəştlərin nəzərdə tutulmaması diqqət çəkir.

Seçilən
82
17
arena.az

10Mənbələr