AZ

BMT-nin Baş katibi artan inamsızlıq və dezinformasiya ilə bağlı xəbərdarlıq edib

Bakı, 31 iyul, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, insan haqlarının 'hücum altında' olduğu və demokratik məkanın 'daralması' fonunda yayılan dezinformasiya bölünmə və qorxuları artırır.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, BMT-nin Baş katibi cümə axşamı günü, iyulun 31-də öhdəliklərdən “təhlükəli sürüşmə” barədə xəbərdarlıq edib, çünki insan hüquqları hücum altındadır və demokratik məkan daralır.

Antonio Quterreş Helsinki+50 konfransına videomüraciətində qeyd edib ki, Avropa qitəsində müharibə davam edir və dövlətlər arasında etimad sarsılır. İnsan hüquqlarının hücum altında olduğunu və demokratik məkanın daraldığını bildirən BMT rəhbəri ayrı-seçkilik və qorxuya səbəb olan dezinformasiyadan da narahat olduğunu bildirib. O əlavə edib: “Biz dinc nəsilləri qoruyan öhdəliklərdən təhlükəli bir şəkildə uzaqlaşma prosesinin şahidi oluruq”.

Bununla belə, A.Quterreş bildirib ki, BMT Nizamnaməsində təsbit olunmuş və Helsinki Yekun Aktında əksini tapan suverenlik, ərazi bütövlüyü və dinc yanaşı yaşamaq kimi dəyərlər bəşəriyyətin mənəvi və strateji müqavilələri olaraq qalır. O qeyd edib: “Gəlin, həmçinin beynəlxalq hüququn müdafiəsi naminə prinsipial liderlik və qarşılıqlı hörmət, mətanət və ortaq rifahı təmin edəcək gələcək qurmaq üzrə fəaliyyət birliyini gücləndirək, çoxtərəfliliyi yeniləmək məqsədilə regional tərəfdaşlığı vurğulayaraq Helsinkinin ruhuna yenidən əhəmiyyət verək”.

Finlandiyanın ev sahibliyi etdiyi Helsinki+50 konfransı “soyuq müharibə” dövründə Şərq və Qərb blokları arasında təhlükəsizlik, iqtisadi və humanitar məsələləri həll etməklə münasibətləri yaxşılaşdırmaq məqsədilə imzalanmış Helsinki Yekun Aktının 50-ci ildönümünə həsr olunub.

Seçilən
21
1
azertag.az

2Mənbələr