Amerika Birləşmiş Ştatları digər ölkələrlə apardığı ticarət danışıqlarını yekunlaşdırmağa davam edir.
ABŞ Prezidenti Donald Tramp ölkəsinin bağladığı ticarət sazişləri ilə bağlı yeni açıqlama verib.
Tramp, ticarət sazişləri üzərində çox intensiv işlədiklərini bildirərək deyib:
"ABŞ-ni ‘son dərəcə məmnun’ etmək istəyən bir çox ölkənin lideri ilə görüşdüm. Günortadan sonra Cənubi Koreya Ticarət Nümayəndə heyəti ilə görüşəcəyəm. Cənubi Koreya hazırda 25 faiz gömrük rüsumu tətbiq edir, lakin bu rüsumların azaldılması ilə bağlı onların bir təklifi var. Bu təklifin nə olduğunu eşitmək istərdim.”