Bakı. Trend:
Amerikanın “İnter Mayami” futbol klubunun hücumçusu Lionel MessiLiqalar kubokunun birinci turu çərçivəsində Meksikanın “Atlas”klubuna qarşı keçirilən matçda rəqib komandanın oyunçusu SerxioErnandesi şillələyib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, oyun zaman oyunçular arasında mübahisə düşüb.Argentinalı ulduz futbolçu meksikalı oyunçuya yaxınlaşaraq onunlayüksək tonda danışmağa başlayıb və daha sonra özündən çıxaraq onayüngül şillə vurub. Maraqlıdır ki, oyunun hakimi buna heç birreaksiya göstərməyib.
Qeyd edək ki, matç “İnter”in 2:1 heablı qələbəsi ilə yekunlaşıb.Messinin aktivinə iki məhsuldar ötürmə yazılıb.