Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin ikinci rübündə təbii qaz istehlakı 2 milyard 418 milyon 158 min kubmetr təşkil edib.
Banco.az bu barədə SOCAR-ın açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadən xəbər verir.
Məlumata görə, təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 136 milyon 684 min kubmetr və ya 6% artıb.
2024-cü ilin ikinci rübündə Azərbaycanda təbii qaz istehlakı 2 milyard 281 milyon 474 min kubmetrə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!