AZ

Səlahiyyətli nümayəndə Babək rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

İyulun 30-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Babək rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Ötən illər ərzində Babək rayonunun sakinləri ilə keçirilən görüşləri xatırladan səlahiyyətli nümayəndə bu görüşlərin nəticələrini yüksək qiymətləndirib. Bildirib ki, sakinləri narahat edən problemlər və irəli sürdükləri təkliflər əsasında qarşıda duran vəzifələr müəyyənləşdirilir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da bütün sahələrin inkişafı ilə bağlı görüləcək işlər müəyyənləşdirilib və icrasına başlanılıb. 

Fuad Nəcəfli qeyd edib ki, Babək rayonunda torpaqların su təminatının yaxşılaşdırılması əsas prioritet hədəflərdəndir. Dövlət Proqramı çərçivəsində "Araz-1" və "Araz-2" ikipilləli nasos stansiyasının və təzyiqli qoşa boru xəttinin yenidən qurulması işlərinə başlanılıb. Həmçinin Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanal da yenidən qurulacaq.

Görüşdə sakinlərin problem və təklifləri dinlənilib, mövcud çatışmazlıqlar müzakirə edilib.

 

Seçilən
49
xalqqazeti.az

1Mənbələr