Litvanın baş naziri Gintautas Paluckas istefa verdiyini açıqlayıb.
Bu barədə jurnalistlərə ölkə prezidenti Qitanas Nauseda məlumat verib.
"Bugünkü xəbər ondan ibarətdir ki, Gintautas Paluckas bu səhər mənə zəng edərək istefa verdiyini elan etdi", - Nauseda bildirib.
Nausedanın sözlərinə görə, baş nazirin istefasından sonra hökumətin siyasətində əsaslı dəyişikliklər olmayacaq.