"Bavariya" klubunun prezidenti Herbert Heyner, Yulian Naqelsmanın Almaniya millisi ilə bağlı işini şərh edib.
90deqiqe.Az xəbər verir ki, "Sport Bild" funksionerin dediklərini belə çatdırıb.
"Şübhəsiz ki, Yulian milliyə əhval-ruhiyyə qaytardı. 2026-cı il dünya çempionatında çətin olacaq, amma Almaniyanın hər zaman yaxşı uğur şansları var. «Bavariya»nın oyunçuları adətən millinin əsasını təşkil edir – bu, klubumuz üçün xoş bir ənənədir. Əsas prioritetimiz «Bavariya»nın uğuru olsa da, əlbəttə ki, hər zaman millinin əldə etdiyi nailiyyətlərdən də məmnunuq"
Naygelsman 2023-cü ilin yazında Münhen klubunu tərk edib və altı ay sonra Almaniya millisini çalışdırmaq üçün vəzifəyə gətirilib.
Almaniya millisi 2024-cü il ev sahibliyi etdiyi Avropa çempionatında 1/4 finala yüksəlib və orada İspaniyaya məğlub olub.