AZ

Litvanın Baş naziri istefa verdi

Litvanın Baş naziri Gintautas Palutskas istefa verib. 

Missiya.Az xəbər verir ki, bu barədə Litva Radio və Televiziyası (LRT) məlumat yayıb.

Palutskas qərarı barədə səhər saatlarında telefonla məlumat verib. 

Bildirilib ki, o, həm Baş nazir vəzifəsindən, həm də Litva Sosial Demokrat Partiyasının sədri postundan getmək qərarına gəlib. 

Qeyd edək ki, daha əvvəl ona korrupsiya qalmaqalından sonra siyasi gələcəyi ilə bağlı qərar qəbul etmək üçün iki həftə vaxt verilmişdi.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
71
4
missiya.az

10Mənbələr