AZ

"Mbappe mütləq "Qızıl top"u qazanacaq"

PSJ-nin sabiq yarımmüdafiəçisi, hazırda Qətərin "Əl-Duhail" klubunda çıxış edən Marko Verratti "Real"ın hücumçusu Kilian Mbappe haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "La Gazzetta dello Sport" italyan futbolçunun dediklərini belə çatdırıb.

"Kilian uğura acdır, o, həmişə qələbə üçün mübarizə aparır. Əminəm ki, gec-tez "Qızıl top"u qazanacaq".

Mbappe ötən yay azad agent kimi PSJ-dən "Real Madrid"ə keçib. Los Blankosda debüt mövsümündə hücumçu 59 matçda 44 qol vurub və 5 məhsuldar ötürmə edib.

Seçilən
10
90deqiqe.az

1Mənbələr