Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində Çasov Yar şəhərini nəzarətə götürüb.
Azreform.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, şəhər “Cənub qoşun qruplaşmasının Kramatorsk-Drujkovka istiqamətində hücum hərəkətləri nəticəsində” Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib.
CNN nəşri isə yazır ki, Rusiya-Ukrayna cəbhəsində qüvvələr nisbəti sürətlə dəyişdiyindən Ukraynanın daha üç şəhəri süqut təhlükəsi ilə üzləşib.
“Pokrovsk, Konstantinovka və Kupyanskın süqutu Kiyev üçün əlavə böhran yaradacaq”, - CNN yazıb.
Mürtəza