Azərbaycanın cənubunda zəlzələ olub.
Bu barədə Ucnoqta.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Lənkəran və Lerik rayonlarının sərhədində qeydə alınıb.
Bildirilib ki, yeraltı təkan yerli vaxtla 14:03-də baş verib.
3.5 maqnitudalı zəlzələnin dərinliyi 33 km-dir.