Lənkəran-Lerik sərhəddində zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 14:03-də qeydə alınan zəlzələnin maqnitudası 3.5 olub.
Zəlzələ ocağı Yerin 33 km dərinliyində yerləşib.