AZ

Kaliforniyada təyyarə qəzası, pilot sağ çıxdı

ABŞ-nin Kaliforniya ştatında Donanmaya məxsus F-35 qırıcı təyyarəsi qəzaya uğrayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, F-35 təyyarəsi yerli vaxtla saat 18:30 radələrində Kaliforniyadakı Lemoore Donanma Hərbi Hava Bazası yaxınlığında yerə çırpılıb.

Pilot katapult (fırlatma) sistemi vasitəsilə təhlükəsiz şəkildə təyyarədən çıxıb.

Qəzanın səbəbi ilə bağlı araşdırma başladılıb.

Seçilən
10
operativmm.az

1Mənbələr