Bu yay heyətində ciddi dəyişikliklər edən "Neftçi"nin yeni transferinin - Lüksemburq millisinin üzvü Alessio Kurçinin sərgiləyəcəyi futbol komandanın nəticələri prizmasından böyük önəm daşıyacaq. Əlbəttə, hücumçunun əsas işi qol vurmaq və formasını geyindiyi kollektivi qələbələrə daşımaqdır. Kurçi azarkeşlər üçün hazırda "sirli qutu" sayılsa da, onun keçirdiyi matçların videogörüntülərini izləyərkən bakılıların sürətli keçidlərə, yaxşı qol duyumuna malik ön xətt oyunçusu ilə gücləndiyinə şahidlik edirik.
Fanat.Az son iş yeri Belçikanın "Francs Borains" klubu olan 23 yaşlı futbolçunun ötən mövsüm ortaya qoyduğu performansı təqdim edir: