AZ

Litvanın Baş naziri istefasını elan etdi

BAKI, 31 iyul. TELEQRAF

Litvanın Baş naziri Gintautas Palutskas istefa verir.

Teleqraf xəbər verir ki, bu barədə Litva Radio və Televiziya portalı Prezident Gitanas Nausedaya istinadən məlumat yayıb.

Prezident bildirib: "G. Palutskas bu səhər mənə zəng edərək istefa verdiyini bildirdi".

Məlumata əsasən, Palutskas həm Baş nazir vəzifəsindən, həm də Litva Sosial Demokrat Partiyasının sədrliyindən istefa vermək qərarı alıb.

Qeyd edək ki, daha əvvəl Prezident ona korrupsiya qalmaqalı ilə bağlı siyasi taleyini müəyyənləşdirmək üçün iki həftə vaxt vermişdi.

Seçilən
24
teleqraf.com

1Mənbələr