Litvanın baş naziri Qintautas Paluskas istefaya gedir.
Publika.az xəbər verir ki, bu barədə Litva Radio və Televiziyası (LRT) ölkə başçısı Qitanas Nausedaya istinadən məlumat yayıb.
"Qintautas Paluskas bu səhər zəng edib və istefa verdiyini elan edib", - deyə Litva prezidenti bildirib.
Paluskas həm baş nazir, həm də Litva Sosial Demokrat Partiyasının sədri vəzifəsindən istefa vermək qərarına gəlib.
Qeyd edək ki, daha əvvəl korrupsiya qalmaqalından sonra siyasi gələcəyi ilə bağlı qərar vermək üçün ölkə prezidenti tərəfindən iki həftə vaxt verilən Paluskas tətildə vaxtını ailəsi və arıları ilə birlikdə bal toplamaqla keçirmək niyyətində olduğunu bildirib.