AFFA bu ilin mart ayında 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "İmişli" və "Karvan" klublarına 1 illik möhlət vermişdi.

Offsideplus.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün verdiyi möhlətin detalları müəyyənləşib. 

Belə ki, son 3 mövsümdə Premyer Liqada çıxış etməmiş və son mövsümün nəticələrinə əsasən 1-ci liqadan Premyer Liqaya yüksəlmiş klublara ("Karvan", "İmişli") bir mövsümlük aşağıdakı möhlətlər tətbiq edilir:

1. Klubların nəzdində çalışan məşqçilər üçün lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilir (UEFA C kateqoriyadan aşağı olmamaq şərti ilə).

2. U-16, U-17, U-19 və əvəzedici komandaları liqalarda iştirak etməyə bilər.