AZ

Lavrov Rusiya və Suriyanın nədə razılaşdığını açıqlayıb

Moskva və Dəməşq Rusiya ilə Suriya arasında mövcud olan bütün ikitərəfli müqavilələrin inventarlaşdırılmasına dair razılığa gəliblər.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, müvafiq razılıq onun suriyalı həmkarı Əsəd əl-Şibani ilə danışıqlar zamanı əldə olunub.

“Biz bütün mövcud müqavilələrin inventarını aparmağa razılaşdıq. Və təhlükəsizlik sahəsində əməkdaşlıq, həm mülki, həm də hərbi kadrların hazırlanması ilə bağlı məsələlər, bütün bunlar suriyalı həmkarlarımızı maraqlandırır. Biz bunun üzərində işləyəcəyik”, - Lavrov qeyd edib.

QAZİLER.AZ

Seçilən
10
qaziler.az

1Mənbələr