“Yuventus” PSJ-nin qapıçısı Canluici Donnarumma ilə maraqlanır.
Msport.az xəbər verir ki, 26 yaşlı qolkiper Paris klubunu bu yay tərk edə bilər.
Çünki tərəflər 2026-cı ildə başa çatacaq müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gələ bilməyib. “Yuventus” rəhbərliyi Donnarummanın transferini müzakirə edib. Ancaq hələlik konkret təklif və ya razılaşma yoxdur.
Turinlilər hazırda qapı xəttində birinci seçim kimi yeni transfer Mikkele Di Qreqorionu görür və Donnarummanın gətirilməsi prioritet planlara daxil deyil.
Qeyd edək ki, Canluici Donnarumma əvvəllər “Milan”da çıxış edib, 2021-ci ildə azad agent kimi PSJ-yə keçib.