AZ

Səudiyyə Ərəbistanında attraksion yerə çırpıldı – Yaralananlar var – ANBAAN VİDEO

Səudiyyə Ərəbistanında “360 dərəcə” adlı attraksionda texniki nasazlıq nəticəsində 23 nəfər yerə çırpılıb.

Bizim.Media xəbər verir ki, hadisə attraksionun mərkəzi dayağında çat əmələ gəlməsi ilə baş verib. Nəticədə içində insanlar olan nəhəng qurğu yerə dəyib. Zərbənin gücündən zərərçəkənlərdən biri bir neçə metr uzağa atılıb.

Mətbuatın məlumatına görə, yaralananların əksəriyyəti orta dərəcəli xəsarətlər alıb, lakin ağır vəziyyətdə olanlar da var.


Bizim.Media

Seçilən
66
21
bizim.media

10Mənbələr