AZ

Türkiyənin ixrac həcmi bu ilin ilk yarısında 4 faizdən çox artıb

Ankara, 31 iyul, AZƏRTAC

Türkiyənin ixrac həcmi bu ilin yanvar-iyun aylarında 131 milyard 408 milyon dollar olub ki, bu da 2024-cü ilin birinci yarısı ilə müqayisədə 4,1 faiz çoxdur.

Bu barədə AZƏRTAC Türkiyə Ticarət Nazirliyi və Statistika İnstitutunun xarici ticarətə dair məlumatlarına istinadla xəbər verir.

İlin birinci yarısında xarici ticarət kəsiri 16,3 faiz (42 milyard 504 milyon dollardan 49 milyard 437 milyon dollara qədər) artıb.

İyun ayında Türkiyə məhsullarının xaricə tədarükü 20 milyard 515 milyon dollara çatıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 7,9 faiz çoxdur.

Türkiyə istehsalçıları üçün aparıcı ixrac bazarları Almaniya, Böyük Britaniya və ABŞ olub.

Çin, Rusiya və Almaniya isə Türkiyənin mal və məhsulları idxal etdiyi əsas ölkələrdir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
14
1
azertag.az

2Mənbələr