AZ

İran 12 günlük müharibədə ABŞ-ı günahlandırır: itkiləri kompensasiya etməlidir

İranın xarici işlər naziri Abbas Erakçi deyib ki, ABŞ danışıqlar başlamazdan əvvəl İrana 12 günlük müharibədə itkiləri ödəməlidir.

Erakçi Qərb mediasına nüvə müzakirələri ilə bağlı danışıb.

Tehran rəhbərliyinin mövqeyini sərtləşdirdiyini və Tramp administrasiyası ilə danışıqların bərpası üçün yeni şərtlər irəli sürdüyünü qeyd edən Erakçi, "ABŞ nüvə müzakirələri başlamazdan əvvəl 12 günlük müharibənin itkilərini kompensasiya etməyə razı olmalıdır. Bu hücumun gələcəkdə təkrar olunmayacağına zəmanət verməlidirlər. Onlardan real etimad yaradan addımlar gözləyirik" deyib.

Trampın İrandan sıfır zənginləşdirmə tələb etdiyi müddətcə heç bir razılaşmanın olmayacağını vurğulayan Erakçi, "Hal-hazırda avropalılarla danışıqlar aparmaq üçün heç bir səbəb yoxdur. Çünki onlar nə sanksiyaları qaldıra, nə də başqa bir şey edə bilərlər. Əgər sanksiyaların bərpası mexanizmini işə salsalar, bu, onlar üçün yolun sonu olacaq" söyləyib.

İsrailin hücumlarından sonra danışıqlar prosesi yarımçıq qalıb. İran və ABŞ arasında danışıqlar prosesi davam edərkən, İsrail iyunun 13-də İrana hücum edərək həm ABŞ, həm də Avropa ilə danışıqlar prosesini dayandırdı.

Seçilən
17
kommersant.az

1Mənbələr