Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə silah haqqında sazişlərin əsas prinsiplərini razılaşdırıb.
Referans xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri xalqa müraciətində söyləyib.
"Mən bu genişmiqyaslı sazişlər barədə Prezident Trampla danışmışam və çox ümid edirəm ki, bunların hamısını həyata keçirə biləcəyik. Bu, şübhəsiz ki, hər iki ölkəni, yəni müttəfiqlərimizi, tərəfdaşlarımızı daha güclü edəcək", ‒ Zelenski bildirib.
O qeyd edib ki, Ukrayna sülh naminə Rusiyaya təzyiq göstərmək üçün ABŞ-nin prinsipial addımlarını qiymətləndirir:
"Məhz indi Rusiyanı sülhə məcbur etmək üçün hərəkət etmək lazımdır. Bəli, Moskva müharibəni davam etdirmək istəyir. Lakin bütün məsələ potensialda, resurslarda və pullardadır. Məhz buna görə də sanksiyalar faydalıdır. Bu baxımdan da təzyiq işə yaraya bilər".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta