AZ

“Microsoft” bütün istifadəçilərin parollarını söndürəcək

Bakı. Trend:

“Microsoft” koporasiyası avqustun 1-də “Authenticator”xidmətinin parol dəstəyini deaktivləşdirəcəyini bildirib.

Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.

"Microsoft" istifadəçilərinin özəl "Authenticator" tətbiqindəsaxlaya bildikləri parollar 1 avqustdan etibarən hərflərdən,simvollardan və rəqəmlərdən ibarət giriş açarları (passkey) iləəvəz ediləcək.

Bundan əlavə, istifadəçilərə parol əvəzinə PIN-kod, qrafik açarvə ya biometrik giriş barmaq izi və ya üz skaneri vasitəsilədaxilolma təklif olunacaq.

Avqustun 1-dən etibarən istifadəçilərin əvvəlcədən saxlanmışparolları silinəcək və onların hamısına hesablarına daxil olmaqüçün yeni üsul quraşdırmaq təklif olunacaq.

İyun ayında “Microsoft” artıq “Authenticator” tətbiqinə yeniparol əlavə etməyi qadağan etmişdi. Bununla belə, internethesablarına giriş üçün istifadə olunan parollar hələlik “Edg”ebrauzerində qalacaq.

Məqalədə:
Seçilən
27
1
az.trend.az

2Mənbələr