
TASS xəbər verir ki, güclü zəlzələnin ekoloji nəticələri minimal olub və hadisə mümkün olan ən yaxşı ssenari üzrə baş verib.Bu barədə Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun elmi rəhbəri, Bütünrusiya Təbiəti Mühafizə Cəmiyyətinin elmi-ekspert şurasının sədri Viktor Danilov-Danilyan məlumat verib. Onun sözlərinə görə, bəzi nəticələr heyvanlar aləminə, xüsusən də qanadayaqlılar və balinalara təsir edə bilər. Həmçinin, zəlzələ nəticəsində baş verən sürüşmələr çayların qarşısını kəsərək yerli ekosistemə təsir göstərə bilər.“Yaşıl patrul” ictimai təşkilatının ətraf mühitin mühafizəsi proqramlarının direktoru Roman Pukalov isə bildirib ki, zəlzələ ən yaxşı ssenari ilə keçib və ekoloji təsirlər olduqca zəifdir.Ulusum.az
Diqqət Çəkənlər
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”