
Fransada pop musiqisinin əfsanəsi Maykl Ceksonun 1997-ci ildəki konsertində geyindiyi bir cüt corab €6,2 minə (təxminən 589 min rubl) satılıb. Bu barədə Le Figaro qəzeti məlumat yayıb.Nim şəhərində keçirilən hərracda nümayiş etdirilən və kristallarla bəzədilmiş corab, Ceksonun "Beat It" və "Billie Jean" hitlərini ifa edərkən geyindiyi ikonik geyimlərdən biridir. Hərracdan əvvəl bu unikal əşya €3–4 min arasında dəyərləndirilmişdi.Corabla birlikdə təqdim edilən sənədə əsasən, bu əşya konsertdən sonra texniki heyətin bir üzvü tərəfindən tapılıb və illərlə şəxsi kolleksiyada saxlanılıb.Qeyd edək ki, bu corab daha əvvəl, iyulun 21-də satışa çıxarılmışdı, lakin zəif tanıtım səbəbindən alıcı tapılmamışdı. Bu dəfə isə corab xüsusi çərçivəyə yerləşdirilərək təqdim olunub və pop kralının xatirə əşyalarına maraq göstərən kolleksiyaçılar arasında böyük maraq doğurub.Ulusum.az
Diqqət Çəkənlər
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”