
ABŞ Maliyyə Nazirliyi bildirib ki, Donald Tramp administrasiyası bu günə qədər İrana qarşı ən irimiqyaslı sanksiyalar paketini tətbiq edib. Bu barədə RIA Novosti məlumat yayıb.Yeni sanksiyalar 50-dən çox fiziki və hüquqi şəxsə şamil olunur. Onların hamısı İranın ali rəhbəri Ayətullah Əli Şamxaninin müşaviri olan Məhəmməd Hüseyn Şamxani ilə əlaqəlidir.ABŞ maliyyə naziri Skott Bessentin sözlərinə görə, bu addımlar Vaşinqtonun maraqlarını ön plana çəkir və İranda təhlükə mənbəyi kimi görülən elitanı hədəfə alır:“İran rəhbərliyi ölkənin təhlükəsizliyinə təhdid yaratmaqla məşğul olarkən, bu elit təbəqə bundan mənfəət əldə edir. Biz buna imkan verməyəcəyik”.Ulusum.az
Diqqət Çəkənlər
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”