Yay aylarında yüksək temperatur və rütubət orqanizmin təbii soyuma mexanizmi olan tərləməni artırır. Ancaq uzun müddət tərli paltarda qalmaq təkcə narahatlıq yaratmır, həm də dəri sağlamlığı üçün ciddi təhlükə yaradır.
E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir: sintetik və nəfəs almayan parçalar vəziyyəti daha da ağırlaşdırır.
Tərlə islanmış geyimlər mikrobların məskəninə çevrilir
Qoltuqaltı, qasıq və kürək bölgələri tər və istilik səbəbilə bakteriya və göbələklərin asanlıqla çoxala biləcəyi mühitə çevrilir. Nəticədə uşaq bezi səpgiləri, istilik səpgisi, ekzema və göbələk infeksiyaları meydana gələ bilər.
Məsamələr tıxanır, dəridə iltihab yaranır
Tərlə bərabər dəridəki məsamələr tıxanır və bu, sızanaq və saç köklərinin iltihabı olan follikulit riskini artırır. Xüsusilə yayda bu hallar daha çox müşahidə olunur.
Allergik reaksiyalar və yanma hissi də yaranır
Tərlə bərabər bədəndən çıxan toksinlər və minerallar paltarda toplanaraq dəridə qıcıqlanma və allergik reaksiyalara səbəb ola bilər. Qızartı, səpgi, yanma və qaşınma bu reaksiyaların başlıca əlamətləridir.
Nə etməli? – Sadə, lakin təsirli tədbirlər
Tərlədikdən sonra mümkün qədər tez quru və təmiz geyimlərə keçin.
Pambıq və nəfəs alan parçalara üstünlük verin.
Gün ərzində ehtiyac olduqca paltar dəyişin.
Hər gün duş qəbul edin, xüsusilə fiziki aktivlikdən sonra.
Antifungal tozlar və ya sprey vasitələrdən istifadə edin.
Dəriyə uyğun, ətirsiz və yumşaq təmizləyicilər seçin.
Tərcümə: Könül Oruc
E-saglam.az