AZ

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 2 gümüş medal qazanıb

Azərbaycanın ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə (88 kq) İspaniyanın paytaxtı Madriddə təşkil olunan U-15 Avropa birinciliyində 2 gümüş medal qazanıb.

Bu barədə "Report"a Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Son yarış günündə mübarizəyə qoşulan idmançı birdən qaldırma hərəkətində 122 kq nəticə göstərib. Daha sonra təkanla qaldırma hərəkətində 147 kq çəkininin öhdəsindən gəlib. Beləliklə iki hərəkətin cəmində 269 kq nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalını qazanıb.

Qeyd edək ki, bu çəki dərəcəsində yarışmış digər təmsilçimiz Ayxan Məmmədov isə toplamda 218 kq (102+116) nəticə ilə Avropa birinciliyini 6-cı pillədə başa vurub.

Seçilən
33
13
report.az

10Mənbələr