Dəməşq həm ərəb dünyasında, həm də qlobal səhnədə Moskvanın yaxşı dostudur.
Operativ Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani ilə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
“Biz bu gün bir daha təsdiqlədik ki, Suriya bizim üçün, eləcə də tərəfdaşlarımız üçün həm ərəb dünyasında, həm də beynəlxalq arenada etibarlı dostdur. Rusiya Suriya Ərəb Respublikası ilə əməkdaşlığın inkişaf etdirilməsi tərəfdarıdır və bu mövqe xalqlarımız arasında qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsinə yönəlib”, – deyə Lavrov qeyd edib.
“Bu mövqe nə siyasi vəziyyətdən, nə də hökumətlərdəki dəyişikliklərdən asılıdır. O, zamanın sınağından çıxmış dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır”, – nazir əlavə edib.