AZ

Timberleykin konserti zamanı terror aktının qarşısı alınıb

Türkiyə hakimiyyəti amerikalı müğənni Castin Timberleykin İstanbulda konserti zamanı törədilən terror aktının qarşısı alındığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in “Türkiyə” qəzetinə istinadən verdiyi məlumata görə, hadisədən bir gün əvvəl bir neçə ekstremist qrup şounun keçirilməli olduğu İstanbul Universitetinin stadionuna hücum planları barədə məlumat yayıb.

Polis idarəsinin operativ tədbirləri sayəsində təhlükə konsertdən əvvəl zərərsizləşdirilib. Təhlükəsizliyi minlərlə əməkdaş, o cümlədən xüsusi təyinatlılar, antiterror bölmələri və mülki geyimli polis əməkdaşları təmin edib.

Artan təhlükəsizlik tədbirləri fonunda tamaşaçılar girişdə uzun növbələr və gecikmələrlə üzləşiblər. Buna baxmayaraq, hadisə insidentsiz keçdi.

Qeyd edək ki, bu, Timberleykin son 11 ildə Türkiyədə ilk çıxışıdır.

Seçilən
7
operativmm.az

1Mənbələr