Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır.
Avtosfer.az xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib.
“Vəziyyətində heç bir yenilik yoxdur, ağır-stabil olaraq qalır. Allahın izni ilə yaxşı olar. Çox çətindir”, - deyə o bildirib.
Qeyd edək ki, bir həftə öncə səhhəti pisləşən A.Babayevin müalicəsi Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.