AZ

Paytaxt klubuna 7 illik müqavilə

“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Msport.az xəbər verir ki, London təmsilçisi “Ayaks”dan Jorrel Hato ilə razılaşıb.

“Çelsi” 19 yaşlı sol cinah müdafiəçisi ilə 7 illik müqavilə imzalayacaq. “Zadəganlar” Hato üçün 40 milyon avro ödəyəcək. Bildirilib ki, o, yaxın vaxtlarda tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Jorrel “Ayaks”ın heyətində 111 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.

Seçilən
15
2
msport.az

3Mənbələr