AZ

Qırğızıstan və Qazaxıstan XİN başçıları münasibətlərin möhkəmləndirilməsini müzakirə edəcəklər

Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu avqustun 1-2-də Qırğızıstana səfər edəcək.

Bu barədə “Report” Qırğızıstanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

"Səfər zamanı Qırğızıstan və Qazaxıstan XİN başçıları arasında siyasi, ticari-iqtisadi, mədəni-humanitar və digər sahələrdə ikitərəli münasibətlərin daha da möhkəmləndirilməsi ilə bağlı danışıqlar aparılacaq", - məlumatda bildirilib.

Seçilən
11
report.az

1Mənbələr