AZ

1,7 milyon dollar dəyərində Labubu fırıldaqçılığı: 8 nəfər həbs edildi

Çinin Şanxay şəhərində polis dünyanı zəbt edən məşhur Labubu oyuncaqlarının saxtasını istehsal edən və satan qrup aşkarlayıb.

Publika.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı 8 nəfər həbs edilib və təxminən 1,7 milyon dollar dəyərində 5 min saxta oyuncaq ələ keçirilib.

Qeyd edək ki, Labubu personajları Pekində yerləşən oyuncaq şirkəti “Pop Mart” tərəfindən istehsal olunur və bütün dünyada çox populyardır. Rihanna və Dua Lipa kimi məşhurların çantalarında tez-tez görülən bu tüklü, dişli fiqurlar adətən təxminən 40 dollara məhdud sayda satılır.

Seçilən
35
publika.az

1Mənbələr