ABŞ Prezidenti Donald Tramp Kanadanın sentyabr ayında Fələstin dövlətini tanıyacağını elan etməsinin, bu ölkə ilə ticarət sazişi bağlamağı çətinləşdirəcəyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp bununla bağlı "Truth Social"da paylaşım edib.
"Bu, onlarla ticarət sazişi bağlamağımızı çox çətinləşdirəcək”, - o bildirib.
Xatırladaq ki, Kanadanın Baş naziri Mark Karni sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasında Fələstini“dövlət olaraq tanıyacaqlarını açıqlamışdı.