AZ

ABŞ Kamboca və Tailand ilə ticarət müqavilələri imzalayıb

ABŞ Kamboca və Tailandla ticarət sazişləri imzalayıb.

Operativ Media xəbər verir ki, bunu ABŞ-nin ticarət naziri Hovard Latnik "Fox News" telekanalında çıxışı zamanı bəyan edib.

“Bütün şənbə günü prezident Donald Trampın Kamboca və Tailand liderləri ilə telefon danışığı apardığını eşidirdim. Bəs bazar ertəsi nə baş verdi? Onlar atəşkəs elan etdilər. Bu gün isə biz Kamboca və Tailandla ticarət razılaşmaları imzaladıq”, – deyə o, bildirib.

Bundan əvvəl Tailand və Kamboca Malayziyanın paytaxtı Kuala-Lumpurda aparılan danışıqlardan sonra yaydıqları birgə bəyanatda qeyd ediblər ki, sərhəd münaqişəsinin siyasi həllinə Çin də töhfə verib. ABŞ da tərəflər arasında gərginliyin azaldılması məqsədilə vasitəçilik təşəbbüsləri irəli sürüb. Tramp daha əvvəl Kambocanın baş naziri Hun Manet və Tailandın baş nazirinin səlahiyyətlərini icra edən Phumtham Vechayachai ilə telefon danışığı aparıb. Amerika lideri xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar Kamboca və Tailandla döyüş əməliyyatları dayandırılmadan ticarət danışıqları aparmayacaq.

Seçilən
21
operativmedia.az

1Mənbələr