AZ

Moskvada kritik zirvə: Suriya və Rusiya XİN rəhbərləri görüşdü

Bəşər Əsədin devrilməsindən sonra yeni Suriya hökumətindən Rusiyaya ilk rəsmi səfər reallaşıb. Suriya Xarici İşlər naziri Əsəd Şeybani bu gün Moskvaya səfər edib və Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər arasında baş tutan görüş zamanı ikitərəfli münasibətlər, regional təhlükəsizlik və yeni Suriya hökumətinin prioritetləri müzakirə olunub.


Görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Şeybani, yeni Suriyanı təmsil etdiklərini və Moskva ilə sağlam münasibətlərin qurulmasında maraqlı olduqlarını bildirib:


“Biz yeni Suriyanı təmsil edirik və Moskva ilə düzgün, sağlam əlaqələr qurmaq istəyirik. Ümid edirik ki, bu yolda Rusiya bizim tərəfdaşımız olacaq”.


Şeybani bəzi hökumətlərin Suriya ilə Rusiya arasındakı əlaqələri pozmağa çalışdığını da diqqətə çatdırıb. O, 8 dekabrdan etibarən ölkədə yaranmış siyasi boşluğu doldurmaq üçün iş apardıqlarını və dövlət institutlarını qorumağa nail olduqlarını vurğulayıb:


“Çətinliklərə baxmayaraq, dövlət institutlarını qoruduq və Yaxın Şərqi qarışıqlığa sürükləmək istəyən qüvvələrlə mübarizə apardıq”.


Nazir bildirib ki, Suriya bu çətin dönəmdə eyni zamanda güclü və birləşmiş bir dövlət qurmaq fürsəti əldə edib və bu yolda Rusiyanın dəstəyinə ümid edir.


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
11
sfera.az

1Mənbələr