AZ

AFFA Premyer Liqaya yüksəlmiş iki kluba 1 illik möhlət verdi

AFFA I Liqadan Premyer Liqaya yüksəlmiş 3 klubdan ikisinə - "Karvan-Yevlax" və "İmişli"yə bir mövsümlük möhlət verib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

AFFA İcraiyyə Komitəsinin 14 mart 2025-ci il tarixli iclasında 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilməsi ilə bağlı qərar qəbul edilmişdi.

Bu qərara əsasən, son 3 mövsümdə Premyer Liqada çıxış etməmiş və son mövsümün nəticələrinə əsasən I Liqadan Premyer Liqaya yüksəlmiş klublara ("Karvan-Yevlax" FK, "İmişli" FK) bir mövsümlük aşağıdakı möhlətlər tətbiq edilir:

1. Klubların nəzdində çalışan məşqçilər üçün Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş Məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilir (UEFA C kateqoriyadan aşağı olmamaq şərti ilə);

2. U-16, U-17, U-19 və əvəzedici komandaları liqalarda iştirak etməyə bilər.

Ötən mövsüm I Liqadan Azərbaycan Premyer Liqasına vəsiqə qazanan üçüncü komanda "Qəbələ" olub.

Seçilən
49
22
sportinfo.az

10Mənbələr