Kamçatkada baş verən 8,8 maqnitudalı zəlzələdən sonra Çilinin sahil bölgələrində sunami qeydə alınıb.
QHT.az xəbər verir ki, Boyeruca qəsəbəsində dalğaların hündürlüyü 2,5 metrə çatıb. Valparaisoda 0,6 m, Arikada isə 1,1 m hündürlükdə dalğalar müşahidə olunub.
Daxili işlər naziri Alvaro Elizalde bildirib ki, Arica y Parinacota-dan Los Laqosa qədər olan sahilyanı bölgələrdə xəbərdarlıq qüvvədə qalır, əhalidən təhlükəsiz yerlərdə qalmaq xahiş olunur.
Pasxa adasında isə sunami təhlükəsi aradan qaldırılıb – orada dalğaların hündürlüyü 60 sm olub. Kamçatkada isə yüksək hazırlıq rejimi tətbiq edilib və 2400 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.
R.İmanov