Çin Qazaxıstanda növbəti Atom Elektrik Stansiyası (AES) tikəcək. Qazaxıstan baş nazirin birinci müavini Roman Sklyarın məlumatına görə, hazırda yerləşdirmə yerləri hazırlanır.
Hafta.az-ın yazdığına görə, Roman Sklyar deyib ki, Qazaxıstan ərazisində ikinci və üçüncü AES-lərin Çinin CNNC şirkəti tərəfindən tikilməsi təsdiqlənib.
O əlavə edib ki, Atom Enerjisi Agentliyi və Electric Nuclear Power Plants MMC-nin yerləşdirmə yerləri üzərində işləyir.
“Stansiyanın yaxınlığında daimi su təchizatı mənbəyi mütləq olmalıdır və elektrik enerjisinin paylanması üçün ərazilər də müəyyən edilməlidir. Bu iş gedir. Düşünürəm ki, bu il həmin stansiyaların yerləşəcəyi yerlər bəlli olacaq. Burada heç bir sirr yoxdur”, - Roman Sklyar deyib.