"Qarabağ"ın sabiq futbolçusu, Şimali Makedoniya millisinin keçmiş kapitanı, "Şkendiya"da da baş məşqçi kimi çalışmış Artim Şakiri Sportal.az saytına müsahibə verib. O, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşacaq "Şkendiya" və "Qarabağ" komandalarının şanslarını dəyərləndirib.
- "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya" ilə qarşılaşacaq. Bu görüş haqda fikrin necədir? Şansları necə dəyərləndirirsən?
- Bu oyun hər iki komanda üçün maraqlı olacaq. Əla oyunlar görəcəyik. Daha az səhv edən tərəf qalib gələcək. Məncə, şanslar 50/50-dir. Bu iki komandanın oyununa baxmaq olduqca maraqlıdır.
- "Şkendiya" 2-ci təsnifat mərhələsinin hər iki matçında FKSB klubunu məğlub etdi. Bu, sənin üçün gözlənilməz oldu?
- FKSB cütün və oyunların favoriti idi. Lakin müasir futbolda hər şey fərqlidir. İndiki vəziyyətdə daha çox istəyən, daha sərt oynayan və daha az səhv edən tərəf qalib gəlir. Fikrimcə, “Şkendiya” növbəti mərhələyə çıxmağa layiq idi.
- Yəqin ki, favorit "Qarabağ" olacaq. Səncə, "Şkendiya" "Qarabağ"a mane ola bilər, problem yarada bilər?
- Bəli, “Qarabağ” bu oyunun favoritidir. Amma bayaq dediyim kimi, meydançaya çıxdıqda heç bir favorit olmur. Sadəcə qələbə üçün oynamaq lazım gəlir. “Şkendiya” çox yaxşı iş görə bilər. Bunu FKSB ilə matçda da göstərdilər.
- "Şkendiya"nın hansı üstün və hansı mənfi cəhətləri var?
- Uzun illərdir ki, “Qarabağ” avrokuboklarda, qruplarda oynayır. Təbii ki, onların təcrübəsi bu görüşlərdə “Qarabağ”a üstünlük qazandırır. Lakin bu, oyuna qədər olan məsələdir. Meydançada 11 nəfər 11 futbolçuya qarşı oynayır. Daha çox istəyən, daha az səhv edən mərhələni adlayacaq.
- Yəqin ki, Şimali Makedoniyadakı matçda stadionda olacaqsan? "Qarabağ" tərəfi ilə oyundan əvvəl görüşməyi planlaşdırırsan?
- Şimali Makedoniyada olsam, bəli, oyunu stadiondan izləyəcəm. Əlbəttə ki, matçdan əvvəl də “Qarabağ”lı dostlarımla görüşəcəm, onları ziyarət edəcəm.
Mirbağırağa
saytlarin hazirlanmasi