AZ

İkili magistr diplomu proqramına qəbul elan olunub

İki nüfuzlu universitetdən eyni anda magistr diplomu almağa hazırsınız?

QHT.az xəbər verir ki, Biotexnologiya sahəsində beynəlxalq karyera qurmaq istəyirsinizsə, bu fürsət sizin üçündür. Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universiteti (HUJI) birgə ikili diplom proqramına qəbul elan edir. HUJI – dünya reytinqində TOP 300-də qərarlaşan, əsası Albert Eynşteyn və məşhur biokimyaçı, İsrailin ilk prezidenti Haym Veyzman tərəfindən qoyulmuş qabaqcıl təhsil və elm ocağıdır.

 Proqramın üstünlükləri:

  • Tədrisin ilk ili – I semestr BDU-da, II semestr HUJI-də
  • Diplom müdafiəsi olmadan HUJI magistr dərəcəsi (non-thesis)
  • Təhsilin ikinci ilini BDU-da davam etdirərək iki magistr diplomu əldə etmək imkanı

Kimlər müraciət edə bilər?

“Biologiya”, “Biologiya müəllimliyi”, “Kimya”, “Kimya müəllimliyi”, “Kimya mühəndisliyi”, “Fizika”, “Fizika müəllimliyi” və ya “Ekologiya” ixtisasları üzrə bakalavr dərəcəsi olanlar və bu il ölkə universitetlərindən birinə qəbul olmuş magistrantlar

  • ÜOMG 80 və yuxarı
  • IELTS 6+ və ya TOEFL iBT 89+
  • Tövsiyə məktubu və tibbi arayış

Son müraciət tarixi: 20 avqust 2025

Sənədlərinizi və suallarınızı [email protected] ünvanına göndərin. Bu proqram Azərbaycan Respublikası Prezidentinin 711 nömrəli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Seçilən
13
qht.az

1Mənbələr