Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung" 2025-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.
Valyuta.az rəsmi məlumatlara əsasən xəbər verir ki, şirkətin həm gəlirlərində, həm də mənfəətində ciddi azalma qeydə alınıb.
"Samsung"un yaydığı hesabatda qeyd olunur ki, şirkət 2025-ci ilin aprel-iyun aylarını əhatə edən dövrdə 57,44 milyard ABŞ dolları həcmində gəlir əldə edib. Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz azalma deməkdir.
Şirkətin əməliyyat mənfəətində də kəskin geriləmə müşahidə olunub. Son üç ay ərzində "Samsung"un əməliyyat mənfəəti 3,62 milyard dollar təşkil edib. Halbuki, bu rəqəm birinci rübdə 4,7 milyard dollar idi.
Açıqlamada, gəlir itkisinə səbəb olan əsas amilin çip sahəsindəki problemlər olduğu vurğulanıb. Xüsusilə ABŞ-ın yeni siyasətlərinin şirkətin maliyyə göstəricilərinə mənfi təsir etdiyi bildirilir.
Gözləntilər odur ki, "Samsung" qarşıdakı rübdə bu çətinlikləri aradan qaldırmaq üçün yeni strategiyalar ortaya qoyacaq.
Sərvanə Rəmixanova