Bakı. Trend:
Kürdəmirin kəndlərini Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədimagistralı ilə birləşdirən yollar əsaslı təmir olunacaq.
Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədimagistralını on iki min nəfər əhalinin yaşadığı Sığırlı, Ərşəli,Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirənavtomobil yollarının əsaslı təmiri məqsədilə AzərbaycanRespublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəliSərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci ildövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiyaxərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ciyarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (birmilyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları DövlətAgentliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilənməbləğdə maliyyələşməni təmin etməlidir.
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilənavtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruriolan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlətbüdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərininbölgüsündə nəzərdə tutacaq.
Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həlletməlidir.